Haberin yayım tarihi
2010-04-22
Haberin bulunduğu kategoriler

'Azerbaycan Folkloru ve Ananeleri' adlı kitabımız piyasalarda...

2000-ci ildən Belçikada fəaliyyət göstərən Belçika Azərbaycan Evi fransız dilində daha bir kitab nəşr etmişdir. "Folklore et Coutumes Azerbaidjanais" (Azərbaycan Folkloru və Ənənələri) adlı kitab məcmuə xarakteri daşıyır. Belə ki, kitabda Azərbaycan folkloru, xalq inancları, ədəbiyyatı, aşıq ədəbiyyatı, milli musiqisi, milli rəqsləri, xalq mahnıları, muğamı, toy və yas ənənələri, bayramları, mətbəx mədəniyyəti, qonaqpərvərliyi, milli geyimləri və Azərbaycan xalçaları haqqında məlumat və fotoşəkillər yer almışdır.
 
Kitabı nəşr etməkdə əsas məqsəd, qısa da olsa folklorumuz, milli adət-ənənələrimiz haqqında fransız dilli ölkələrə müəyyən bilgilər verməkdir. Kitab Belçika başda olmaq üzrə, digər fransız dilli ölkələrdə satışa çıxarılacaq, eyni zamanda müəyyən qurumlara hədiyyə ediləcəkdir.
 
Qeyd edək ki, bugünə kimi Belçika Azərbaycan Evi bir diaspor qurumu olaraq, fransız dilində "Cuisine Nationale Azerbaidjanaise" (Azərbaycan Milli Mətbəxi) və "Terre Occupee-Le Haut Karabakh" (Əsir Torpaq Qarabağ) adlı daha iki kitab nəşr etmişdir.
 
Qurumun fransız dilinə verdiyi üstünlüyün başlıca səbəbi, fəaliyyət göstərdiyi ölkənin ana dilinin fransız dili olması ilə əlaqədardır. [ZpicR:15322]
 
"Folklore et Coutumes Azerbaidjanais" (Azərbaycan Folkloru və Ənənələri) kitabı Azərbaycan Respublikasının Belçika krallığındakı səfirliyinin dəstəyi ilə nəşr edilmişdir.
 
Qeyd edək ki, Belçika Azərbaycan Evi 2004-cü ildən Azərbaycanın ilk diaspor qəzeti olan "Euro Xəbər" qəzetini də nəşr edir.
 
Sincèrement,
 
Bulent GÜRÇAM
Président de la Maison d'Azerbaïdjan en Belgique
Rédacteur du journal "EURO Xeber"
 
1, rue du Facteur, 1080 Bruxelles
Tél.:+32 2 411 29 61
Fax:+32 2 411 77 67
Gsm:+32 475 706 589
www.euxeber.com
www.bulentgurcam.az
www.iaminbaku.az

Son Haberler

Hits: [srs_total_pageViews] Visitors: [srs_total_visitors]
Copyright © GUNDEM.be
Site içeriği ve dizaynın tüm hakları GÜNDEM.be websitesine aittir.
Kopyalamak ve izinsiz kullanmak kesinlikle yasaktır.