Haberin yayım tarihi
2012-07-29
Haberin bulunduğu kategoriler

Oyunlar davam edir.

Qiymətli həmvətənlərim,

Xeyli zamandır yazı yazmamağa  özümə söz vermişdim, zatənqəzetimizin də çapı hələ ki, dayanıb, sadəcə,  internet versiyasıyla  yayım həyatımızı davam etdiririk. Mən dəBrüsseldə bir köşəyə çəkilmişdim, öz işimlə məşğul olub,  arada bir yazı zövqümü dindirmək üçün  şeir yazırdım, sakit bir həyat sürməyə tam qərarvermişdim, amma saxtakarların  atoynatdığı  bu dövrdə öz sözümü söyləməsəm,gələcək nəslin günahı mənim çiyinlərimdə görəcəyini hiss etdim. Təkrar mübarizəyəgeri dönməyə qərar verdim, amma bu dönüşüm bir az ağır olacaq, kimlərin canı yanacaq, siz də seyr edin, çünki sözümü əsirgəmədim bugünə kimi, bundan sonrada heç bir şəkildə əsirgəməyəcəm, sadəcə izləyin, görün !!!

Bu günlərdə internetdə gəzərkən dahaöncə də eşitdiyim bir hadisənin şahidi oldum. Brüsseldə yeni bir Azərbaycan dərnəyiyaradılıb, adı BELKAD, hərflərin nə anlam verdiyinə  gəlincə, BEL - Belçikanın qısaldılmış adı olartəqribən, sondakı AD isə Azərbaycan Dərnəyi mənasını daşıyar, K - bu hərfin nəolduğunu inanın düşündüm tapa bilmədim, adı qoyaq bir kənara. Bu dərnəyi quranvətəndaşı inanın ki, tanımıram. 30 ildir Brüsseldə yaşayıram, nə adınıduymuşdum, nə özünü görmüşdüm, adı Abbas Uçar, nə bir toplantıda görmüşəm, nəmitinqlərdə rast gəlmişəm, nə də tanıyıram. Dostumuz deyib ki, mən Azərbaycanınəksik olan lobbi fəaliyyətini idarə edəcəm, allah, allah, nəysə. 

Dərnəyinaçılışına Belçikanın ən köklü, ən çox üzvü olan bizim dərnəyimizi və şəxsən məniaçılışa dəvət etməyib. Açılışın şəkillərinə belə baxdım, bir-iki yaltaqdan  başqa Azərbaycan əsilli kimsə yox idi, bir dəsəfirin müavini vardı, bir türk sözü var « Korlarla sağırlar, bir-biriniağırlar », aha, baxın belə.

Diqqətetdim məsələnin dərinliyinə, bilinir ki, bu, səfirliyimizin yeni bir oyunudur,bundan öncə də 5-6 dəfə cəhd etdilər, açdılar bizim Azərbaycanımızın adına dərnək,heç biri bir arpa boyu yol almadı. Amma bunlar o axtarışlarından vaz keçmədilər,qayə nədir bilirsinizmi, « Belçika Azərbaycan Evi »nə bir alternativyaratsınlar  və Bakıya desinlər ki, aha,dərnək çox gözəl işləyir. Bugünkü səfirlik personelindən öncəkilər də cəhdetdilər, amma alınmadı, yaxşı deyiblər, gərək «bir quyunun suyu özündənolsun, doldurma suynan quyu sulu olmaz». Oyun oyunu izləyir, bu oyunlarıoynayanların  da vaxtları dolduqca gedirlər,gələn yeni bir oyun oynayır, Allah sonunu xeyir etsin, amma Bülent Gürcama biralternativ tapılmır, tapılmır vəssəlam !

Bunlarınsorunu çox böyükdür, bir tərəfdə güclü və dağ kimi fəaliyyətlər göstərən biri,digər tərəfdə isə bunu gün üzünə çıxarıb başına iş açmaq istəməyən bir ovucdiplomat, dərdləri çox böyükdür çoooxxx. 

Bugünkükadrdan əvvəlkilər çox oyun oynamışdılar, pasport satmaqdan dövləti aldatmağa qədərçox, bunlardan öncəkilər də bizim quyumuzu qazmaq istəyirdilər, bizi aradançıxarıb rahat at oynatmaq istəyirdilər. Amma alınmadı, özləri güdaza getdi,indi sıra bu kadrda, nə qədər səsimi çıxarmayım, tərbiyəmi pozmayım dedimsə,alınmadı.

Keçdiyimizgün Qənirə Paşayeva xanım Brüsseldə olanda onu yeni dərnəyə götürüblər,(səfirlikişçileri) dünyadan xəbərsiz üç-beş vətəndaş, sizə acıyıram, yazıq sizə, həm dəçox yazıq, bu millətə xəyanət edən heç kim müvəffəq olmayıb, siz dəolmayacaqsız, Qənirə xanıma gəlincə, xəbəri var, ya yox bilmirəm, amma Brüsseldəyüzlərlə azərbaycanlı var, onlar vətənlərini çox sevirlər, onların dağlar qədərproblemləri var, milli liderimizin bir sözü var: «Xaricə gedən həmvətənlərimiz hər nəyoldan, hər nə səbəbdən gedirsə getsin, onlar bizim vətəndaşımızdır və onlar Azərbaycandayaşayan azərbaycanlılarla eyni hüquqa malik olmalıdırlar ». Bax belə, siz gəlib iki dünyadan xəbərsizvətəndaşı görüb, bir-birinizə plakat verib gedərkən, Belçikada uşaqları, ailəsiyləpərişan, sənətsiz, ac-çarəsiz yaşayan saysız-hesabsız azərbaycanlını göz ardıedə bilməzsiz, bu sizin, nə də heç bir azərbaycanlının haqqı deyil.

İndi bildinizmisöhbət nədən və haradan gedir. Mən bundan sonra bura gəlib, burada yaşayan minlərləazərbaycanlıdan bixəbər olan hər kəsə qarşı mübarizə aparacam, sözüm sözdür, seyr edin, baxın !!! 

Bulent Gurcam29/07/2012

Not:Belkad başkanı Abbas Uçar’ın ve diğer ilgili şahısların kendilerine yönelik yorumlar çerçevesinde söz hakları bakidir. ``Gundem Haber``

 

Son Haberler

Hits: [srs_total_pageViews] Visitors: [srs_total_visitors]
Copyright © GUNDEM.be
Site içeriği ve dizaynın tüm hakları GÜNDEM.be websitesine aittir.
Kopyalamak ve izinsiz kullanmak kesinlikle yasaktır.