Haberin yayım tarihi
2011-12-20
Haberin bulunduğu kategoriler

DAk və Deraxti

 [14 Dekabr, 2011]

 Mən usandım artıq, bir insan nə qədər “vurdum duymaz” olar, bir insan nə qədər sorumsuz olar və bir insan nə qədər üzsüz olar?! Bu DAK, DAK olalı nə çəkdisə, bu başında Deraxti deyilən şəxs olmaqla, bir qrup nə ve kim olduğu bəlli olmayan bu şəxslərdən çəkdi. Nə vaxt tam deyirik ki, bir şeylər düzələcək, nə zaman deyirik artıq sakitçilikdir, nə vaxt hər şey tam düzəlməyə doğru gedir, bu qrup yenə çıxır efirə.

İndi neçə gündür sosial şəbəkələrdə, qruplarda DAK birləşir, yenidən öz gücünə qayıtmaq istəyir, bir az ümidlənirik, tam niyyətimizi, arzularımızı təmiz tuturuq, bu üç-beş nəfər özünü bilməzlər, təkrar gündəmə oturur, babalarının malı kimi, istədikləri üslubda danışır, sanki Dünya Azərbaycanlılarının bunlardan başqa sahibi yoxdur.

Bir ara səsləri kəsilmişdi, mən ağızlarının payını, qulaqlarının duymaq istədiyini söyləmişdim, yazdım. Amma yenə çıxdılar, yenə heç nə olmamış kimi, sanki bunlar deyildi bu DAK-ı parçalayanlar, sanki bunlar deyildi bu DAK-ı bu günə salanlar.

İndi bölüb parça-parça etdikləri o “adı var özü yox” qurumu yenidən birləşdirmək istəyirlər, yəqin ki, yenə başında özləri olacaq, elə ümid edirlər.

Hörmətli həmvətənlərim, mənim yazılarımı izləyənlər çox yaxşı bilirlər ki, mən illərdir sadəcə olaraq bu məsələylə bağlı yazdım. Neçə illərdir ancaq bu bir neçə nəfərlə mübarizə apardım, sözüm bunların başlarında olan Deraxtiyədir. O Deraxtiyədir ki, üstümə adam göndərib məni təhdid etdi, özü kimi insanlarla məni yıldırmağa çalışdı, amma olan həmişə özünə oldu, mən yenə də yazıram və bunlar bu ortamda gəzdikcə mən yazacam, çünki bunlara heç inanmıram.

Mən bəlkə də DAK deyilən bu qurumun içində bunların oyunlarını açıq-açığa ifşa edən yeganə həmvətəninizəm. Gizlim, saklım yoxdur, bunların mənə dediklərini belə mən sizlərlə paylaşıram, bunların DAK adına nə oyunlar oynadıqlarını, nə filmlər çevirdiklərini, nə saxtakarlıqlar etdiklərini və kimlərlə bərabər olduqlarını ən yaxşı bilənəm.

DAK adına oynanan oyunlarda bunlardan kimlər istifadə edir, onları da bilirəm və bunu dəfələrlə yazmışam, bu gün də bunu hamınızın önündə etiraf edirəm. Bunlar ancaq bir neçə örgütün (Türk, İran, Amerika) bağlı olan maşalardır. Üzrlü sayın, bu iki adın yanında Türkiyənin adını çəkmək istəməzdim, amma təəssüf ki, bu vətənimizin içində də bizi bölmək istəyən örgütlər mövcuddur.

Buradan bütün dünyaya yayılan diasporumuzdan xahişim budur ki, bu saxtakarlara qarşı gəlin birlikdə olaq, gəlin bu Dünya Azərbaycanlıları adını, bunların oyuncağı olmaqdan qurtaraq, gəlin bunlara, həyatları boyu unutmayacaqları bir dərs verək, bütün ürəklerimizi birləşdirib bunların o min bir surətlərinə unuda bilməyəcəkləri bir şillə kimi endirək, haydı bir dəfədə, son dəfədə bu işi dürüstcə və cəsarətlə edək, mən Brüsseldə hər şeyə hazıram.

Bülent Gürçam

13.12,2011

Son Haberler

Hits: 9426 Visitors: 3220
Copyright © GUNDEM.be
Site içeriği ve dizaynın tüm hakları GÜNDEM.be websitesine aittir.
Kopyalamak ve izinsiz kullanmak kesinlikle yasaktır.