Haberin yayım tarihi
2012-06-22
Haberin bulunduğu kategoriler

Qənirə Paşayeva Belçikada görüşlər keçirdi.

Millət vəkili Qənirə Paşayeva Brüsseldə Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçi və təşkilatın nümayəndələri ilə görüşüb.

Lent.az-ın məlumatına görə, görüş zamanı millət vəkili bildirib ki, 5 mindən çox azərbaycanlının yaşadığı Belçika ictimaiyyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini Belçika ictimaiyyətinə daha geniş çatdıra bilmək üçün böyük bir potensial var. O, 170 mindən çox olan türk köklü insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini də diqqətə çatdırıb.

Ayhan Demirçi və təşkilatın nümayəndələri bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə sürətlənməsini vurğulayaraq görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumatlar verib, təkliflərini səsləndiriblər və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Son Haberler

Hits: [srs_total_pageViews] Visitors: [srs_total_visitors]
Copyright © GUNDEM.be
Site içeriği ve dizaynın tüm hakları GÜNDEM.be websitesine aittir.
Kopyalamak ve izinsiz kullanmak kesinlikle yasaktır.